Trampın oğlu qeyri-qanuni ovçuluqda şübhəli bilinir

Dünya

04.02.2025 14:37

ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. İtaliyanın şimalındakı Venesiya laqonunda nadir ördəkləri vurmaqda şübhəli bilinir. 

TodayPress xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazır. 

Veneto bölgəsinin regional şurası üzvlərinin dediyinə görə, bir videoda o, qorunan ərazidə ov etdikdən sonra ovunu göstərib. 

Nəşrə görə, bu, Avropada olduqca nadir rast gəlinən qırmızı döşlü qazı ovlamaq ola bilər.

Video “Global Adventure Hunting” ixtisaslaşmış saytında yerləşdirilib.

Qəzet aydınlaşdırır ki, Donald Tramp Jr. 2024-cü ilin dekabrında Venesiyada olub. 

Qeyd edək ki, İtaliyada qorunan quş və heyvan növlərinin güllələnməsi qanunla cəzalandırılır. Daimi yaşamayanlar üçün Venesiya Laqonunda ov etmək qadağandır. 

Qiymət Mahir

tag: ABŞ,İtaliya,Quş,Venesiya,Todaypress.az,