Trampın nazirliyə namizədləri sui-qəsd təhdidləri ilə üzləşirlər
Dünya
28.11.2024 10:54
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın nazirliyə namizədlərindən bir neçəsi ölümlə hədələnib.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” Trampın seçki kampaniyasının mətbuat katibi Karolin Levittə istinadən məlumat yayıb.
"Prezident Trampın kabinetinə namizədlərdən və administrasiyaya təyin olunan bir neçə şəxs özünün və onlarla birlikdə yaşayanların həyatına qarşı təhdidlərə məruz qalıb" deyə o, bildirib.
Sözçü əlavə edib ki, ABŞ hüquq-mühafizə orqanları hazırda bu məsələ üzərində çalışır.
Noyabrın 5-də isə ABŞ Federal Təhqiqatlar Bürosu Tramp tərəfdarlarını güllələməklə hədələyən Miçiqan sakinini saxlayıb.
Töhfə Səməd
tag: Tramp, ABŞ, Prezident, Mühafizə, todaypress.az,