Trampın müşavirləri etiraf etdi: Ukrayna məsələsi 24 saatda həll oluna bilməz
Dünya
15.01.2025 17:07
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müşavirləri etiraf ediblər ki, Ukraynadakı münaqişə bir gecədə həll olunmayacaq və bunun həlli aylar çəkə bilər.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" respublikaçı müşavirlərə istinadən məlumat yayıb.
Onların fikrincə, prezidentliyin ilk günündə münaqişənin həlli vədi “seçkiqabağı pafos”la yanaşı, münaqişənin və onun həlli üçün tələb olunan vaxtın yetərincə qiymətləndirilməməsinin birləşməsidir.
Töhfə Səməd
tag: ABŞ ,Tramp, Müşavir, Ukrayna ,todaypress.az,