Trampın müşaviri uzaqlaşdırıldı

Dünya

27.11.2024 09:59

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müşaviri Boris Epsteyin Trampın keçid komandasının bir sıra iclaslarında iştirakdan kənarlaşdırılıb. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

"Epsteyin keçid komandasının araşdırma mövzusudur.  Vəkillər Epsteyinin Tramp və onun komandasının üzvləri üzərində təsirindən maliyyə cəhətdən faydalanmağa çalışıb-çalışmadığını araşdırır" deyə məlumatda bildirilib. 

Qəzetin qeyd etdiyi kimi, istintaq Trampı uzun müddətdir dəstəkləyənlərlə, ikinci administrasiyasına nizam-intizam gətirəcəyini vəd edən komandasının yeni üzvləri arasında seçim etməyə məcbur edə bilər.

Töhfə Səməd

tag: ABŞ, Tramp, Prezident,Epstey, todaypress.az,