Trampın müşaviri Rusiya ilə bağlı yeni qərarları açıqladı
Donald Trampın seçki kampaniyasının müşaviri Brayan Hyuz bildirib ki, Tramp prezident seçkilərində qalib gələrsə, Rusiya ilə silahlara nəzarət məsələsini müzakirə edə bilər.
TodayPress xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
O, əlavə edib ki, danışıqlara ABŞ-nin mövqelərini gücləndirmək və yeni raket əleyhinə müdafiə sisteminin yaradılması da daxildir.
“ABŞ-nin dünyada mövqeyi güclənəndə biz silahların ədədi göstəricilərini qiymətləndirməyə başlaya bilərik. Hazırda, Amerikanın belə zəif vəziyyətdə olduğu bir vaxtda bu mümkün deyil. İlk növbədə geosiyasi sferada Amerika gücünü yenidən toplamalı və bütün dünyaya tanıtmalıdır. Bu, Bayden və Harrisin dövründə baş verməyəcək” deyə Brayan Hyuz bildirib.
Töhfə Səməd
tag: ABŞ, Rusiya, Dünya, Amerika, Bayden, todaypress.az,