Trampın kriptovalyutası yenidən yüksəldi

Dünya

19.01.2025 11:00

Yeni seçilmiş ABŞ prezidenti Donald Trampın 0,18 dollardan satışa çıxarılan yeni  kriptovalyutası "$TRUMP"un qiyməti 10 min faizdən çox artaraq 39 dollara çatıb.  

TodayPress xəbər verir ki, bu barədə “Coin Market Cap” portalı məlumat verib.

"$TRUMP" kriptovalyuta məlumat platforması isə "Coinmarketcap"də 24-cü yerə yüksəlib.

Qeyd edək ki, kriptovalyuta iki şirkət - "CIC Digital LLC" və "Fight Fight Fight" MMC tərəfindən dövriyyəyə buraxılıb. İlkin hesablamalara görə, şirkətlərin qazancı təxminən 35 milyard dollara çata bilər. 

Xatırladaq ki, birinci mərhələdə 200 milyon "$TRUMP" sikkəsi buraxılıb. Qalan 800 milyon sikkənin yaxın 3 ildə buraxılacağı gözlənilir.

Nicat Osman

tag: Tramp ,ABŞ,Pul,$TRUMP,Todaypress.az,