Trampın komandası Kiyev və Ağ Evlə atəşkəs barədə danışıqlar apardı

Dünya

14.12.2024 02:00

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukraynadakı münaqişəyə son qoymaq səyləri çərçivəsində ABŞ və Ukrayna rəsmiləri ilə danışıqlar aparıb.

TodayPress xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən xəbər verir.

Hesabata görə, Trampın müşavirləri və kabinetə namizədlər hələlik konkret həll planı təqdim etməyiblər.

Tramp daha əvvəl Fransanın “Paris Match” jurnalına müsahibəsində demişdi ki, o, Ukraynadakı münaqişənin həllini öz prioriteti hesab edir.

Aynur TAC

 

tag: Tramp, ABŞ, Münaqişə, Fransa,Ukrayna,