Trampın keçmiş mətbuat katibi Harrisi dəstəklədi
Dünya
21.08.2024 11:50
Donald Trampın prezident olduğu dövrdə Ağ Evin mətbuat katibi olmuş Stefani Qrişam ondan imtina edib, ABŞ prezidentliyinə namizəd olan Kamala Harrisi dəstəkləyir.
TodayPress xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb.
Telekanalın məlumatına görə, Qrişam Çikaqoda keçirilən Demokratlar Partiyasının Milli Qurultayındakı çıxışında Tramp haqqında sərt ifadələr işlədib.
“Mən onu bağlı qapılar arxasında olanda görmüşəm. Tramp öz tərəfdarlarını həmişə təhqir edirdi” deyə keçmiş sözçü əlavə edib.
Qrişamın sözlərinə görə, Tramp prezident olduğu müddətdə insanlarla çox qəddar davranırdı və onun heç empatiya hissi yox idi.
Töhfə Səməd
tag: Donald Tramp, Qrişam, Ağ Ev, Harris,ABŞ, todaypress.az,