Trampın Kapitoliyə hücum edənləri əfv etmək qərarı qınandı
Dünya
22.01.2025 13:45
ABŞ Senatındakı bir sıra respublikaçılar Amerika prezidenti Donald Trampın 2021-ci ildə baş verən Kapitol iğtişaşlarının iştirakçılarını əfv etmək qərarını tənqid edib.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Alyaska senatoru Lisa Murkovski bu qərardan məyus olduğunu deyib.
Maine ştatından respublikaçı senator Susan Collins isə izdihamın içində olan və heç kimə zərər verməyənlərlə əmlaka ziyan vuran və ya zabitlərə hücum etməyənlərlə cinayətlər törədənlər arasında fərq qoyulmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, yanvarın 20-də Vaşinqtondakı Capital One Arenada tərəfdarları qarşısında çıxışı zamanı Tramp Kapitoliyə hücumda mühakimə olunanları əfv edəcəyini bildirib.
Xatırladaq ki, Kapitoliyə basqınla bağlı ümumilikdə 1400-dən çox şəxs ittiham olunub və onlardan 900-dən çoxu artıq cəza alıb. Təxminən üçdə ikisi bir neçə gündən maksimum 22 ilə qədər həbsə məhkum edilib.
Günəş Mərd
tag: Tramp,Kapitoliya,ABŞ,Əfv,