Trampın kadr qərarlarında Mask mühüm rol oynayır
Amerikalı milyarder İlon Mask ABŞ-ın yeni seçilmiş
prezidenti Donald Trampın kadr qərarlarında əsas rol oynayır.
TodayPress xəbər verir ki, bu barədə “ABC News” məlumat
yayıb .
“Çoxsaylı mənbələrə görə, seçkilərdən sonra milyarder
İlon Mask bir neçə gün ərzində seçilmiş prezident Donald Trampın çevrəsində
nüfuzlu fiqur olub, kadr qərarlarının qəbuluna töhfə verib və gələcək Tramp
administrasiyasının formalaşmasında mühüm rol oynayıb” kanalın məlumatlarında qeyd lunub.
Bundan əvvəl Tramp Nümayəndələr Palatasının üzvü Elise
Stefaniki Amerikanın BMT- dəki daimi nümayəndəsi olmağa dəvət etmişdi.
O, ABŞ-ın 47-ci prezidentinin sadiq müttəfiqi kimi
tanınır, həm də Respublikaçılar Partiyası üçün böyük pul yığan şəxs kimi
tanınır.
Aynur TAC
tag: Tramp, İlon Mask, Milyarder, Seçki, Kadr, Elise, BMT, todaypress.az,