Trampın İrana təzyiqləri artacaq

Dünya

08.11.2024 13:20

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra İrana, xüsusən də neft sənayesinə qarşı sanksiyaları kəskin şəkildə sərtləşdirəcək. 

TodayPress xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.       

“Düşünürəm ki, İranı həm diplomatik, həm də maliyyə cəhətdən daha da təcrid etməyə çalışacaq, yeni sanksiyalar görəcəkəyik” deyə məlumatda qeyd olunub. 

Nəşr xatırladıb ki, Tramp prezident kimi ilk dövründə Tehranla iqtisadi sanksiyaların ləğvi müqabilində Tehranın nüvə proqramını məhdudlaşdırmaq məqsədi daşıyan Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan altı dövlətin iştirak etdiyi sazişdən necə çıxıb. 

Həmin dövrdə Tramp İranın nüvə silahı ambisiyalarından əl çəkəcəyi, ABŞ-nin terrorçu hesab etdiyi qrupların maliyyələşdirilməsini və təlimini dayandıracağına və insan haqları vəziyyətini yaxşılaşdıracağına ümid edərək ona maksimum təzyiq strategiyası həyata keçirib. 

Qəzetin Ağ Evdəki mənbələri Trampın İranla bağlı siyasətini davam etdirəcəyinə inanırlar.

Günəş Mərd

tag: İran, Tramp, Terror, Ağ Ev, Siyasət, todaypress.az,