Trampın hökumətində vitse-prezident olacaq şəxsin adı açıqlandı

Dünya

18.07.2024 11:16

ABŞ-nin Ohayo ştatının qubernatoru, 39 yaşlı Ceyms Devid Vens Respublikaçıların vitse-prezidentliyə namizədi olmağa razılıq verib.

TodayPress “BBC“yə istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib. Siyasətçinin sözlərinə görə, qalib olacaqları təqdirdə söz azadlığı və azad fikrin təbliğinə ciddi dəstək verəcək.

O, həmçinin demokratların yeni ideyaları müzakirə etməkdən çəkindiyini də sözlərinə əlavə edib. Eyni zamanda Ukraynaya neytral status verilməsini və sərhədlərin mövcud vəziyyətdə saxlanılmasının tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, o Rusiya-Ukrayna müharibəsində ölkəsinin sonuncunu silahlandırmasını dəfələrlə tənqid edib.

tag: Rusiya, Ukrayna, ABŞ, Status, Müharibə, todaypress.az,