Trampın gəlişi ilə Qəzzada atəş dayanacaq
Dünya
15.01.2025 13:00
İsrail və HƏMAS arasında Qəzzada mümkün atəşkəs ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın geri qayıtması ilə bağlıdır.
TodayPress xəbər veir ki, bu barədə “Washington Post” (WP) yazıb.
Qeyd olunub ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun mövqeyinə təsir edə bilir.
“Əgər bu həftə atəşkəs əldə olunarsa, bu, Trampın tezliklə vəzifəyə qayıtması ilə əlaqələndirilə bilər. Trampın qayıdışı Netanyahunu əvvəlki mövqelərinin bəzilərini yumşaltmağa məcbur edib” materialda qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl HƏMAS bildirmişdi ki, atəşkəs və Qəzza zolağında girovların azad edilməsi üzrə danışıqlar yekun mərhələdədir və razılıq əldə etməyə yaxındır. Onlar danışıqların gedişindən razı qaldıqlarını da vurğulayıb. Hərəkat rəhbərliyinin sözlərinə görə, Qətərdəki məsləhətləşmələr sayəsində müəyyən irəliləyiş əldə edilib.
Günəş Mərd
tag: HƏMAS ,Qəzza ,ABŞ ,Tramp ,todaypress.az,