Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürdü

Dünya

22.12.2024 12:59

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun yerinə Florida senatorluğuna namizədliyini geri götürüb. 

TodayPress xəbər verir ki, o, bu barədə "X"sosial şəbəkəsindəki hesabında məlumat verib. 

"Müzakirələr apardıqdan sonra adımı ABŞ Senatının müzakirəsindən çıxarmaq qərarına gəldim" deyə o yazıb. 

Lara Tramp daha əvvəl Rubionun dövlət katibi təyin ediləcəyi təqdirdə Senatda onun əvəzlənməsi ehtimalını şərh edərək, Senatda yer almağı düşündüyünü açıqlamışdı.  

Xatırladaq ki, noyabrın 6-da Tramp bildirib ki, ilk müddətdən fərqli olaraq, onun övladları yeni administrasiyada olmayacaq.  

Qeyd edək ki, ABŞ prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.

Günəş Mərd 

tag: ABŞ,Senator,Tramp,Namizəd,Todaypress.az,