Trampın gələcək strategiyaları proqnozlaşdırıldı

Dünya

10.11.2024 12:45

“ABŞ-nin seçilmiş prezidenti Donald Trampın siyasəti Vaşinqtonun əsas rəqibləri olan Rusiya, Çin və İranın təsirinə qarşı mübarizə ilə xarakterizə olunacaq”.

 

TodayPress xəbər verir ki, bunu Sülh və Diplomatiya İnstitutunun beynəlxalq əlaqələr üzrə professoru və baş elmi işçi Endryu Latham deyib.

 

Politoloq qeyd edib ki, Trampın Rusiya Federasiyası ilə münasibətlərinə çox vaxt fikir ayrılıqları prizmasından baxılır. “Lakin burada sadə yanaşma Rusiyanın hərəkətlərinin təsdiqi deyil, Birləşmiş Ştatların birbaşa qarşıdurmaya getmədən müttəfiqlərə strateji dəstək verməklə Avropadakı Rusiyanın təsirinə qarşı çıxa biləcəyinin etirafıdır” deyə o əlavə edib.

 

Lathamın fikrincə, ABŞ-nin Şərqi Avropada hər bir mübahisədə ön sıralarda olması lazım deyil, sadəcə olaraq NATO müttəfiqlərinə yaxşı düşünülmüş dəstək bu məsələdə kifayət edir.

 

Töhfə Səməd

tag: ABŞ, Tramp, Vaşinqton,Lathman, todaypress.az,