Trampın əmrindən sonra ordu husilərin mövqelərini bombalamağa başladı
ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə
fəaliyyət göstərən husilərə qarşı əməliyyatlara başlamaq barədə əmr verib.
TodayPress xəbər verir ki, bu barədə o, “Truth Social”
hesabında bildirib.
Onun sözlərinə görə, husilər Amerikanın və digər
dövlətlərin gəmilərinə, təyyarələrinə qarşı terror kampaniyası aparıblar:
“ABŞ bayrağı altında olan ticarət gəmisinin Süveyş
kanalı, Qırmızı dəniz və ya Ədən körfəzindən təhlükəsiz şəkildə keçməsindən bir
ildən artıq vaxt keçir. İran tərəfindən maliyyələşdirilən Husi quldurları ABŞ
təyyarələrinə raket zərbələri endirib, bizim qoşunlarımızı və müttəfiqlərimizi
hədəfə alıblar. Bu hücumlar ABŞ və dünya iqtisadiyyatına milyardlarla dollara
başa gəlib, eyni zamanda, günahsız insanların həyatını riskə atıb”.
Əmrdən sonra ABŞ ordusu Yəməndə husilərin nəzarətində
olan hədəflərə hava zərbələri endirib. Husilərə məxsus “Al Masirah” telekanalı
paytaxt Səna şəhərinə zərbələr endirildiyini bildirib.
tag: Tramp, Yəmən,ABŞ, Terror, todaypress.a,