Trampın elçiləri İstanbula gedir
ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Keyt Kelloq Rusiya ilə Ukrayna arasında sülh danışıqları aparmaq məqsədilə İstanbula səfər edəcəklər.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, onlar mayın 16-da yola çıxacaqlar.
Eyni zamanda, Kremlin sözçüsü Dmitri Peskov təsdiqləyib ki, Moskva mayın 15-də İstanbuldakı danışıqlara hazırlaşır.
Görüşlərin detalları hələlik açıqlanmayıb.
Türkan İsgəndərli
tag: ABŞ,Rusiya,Ukrayna,İstanbul,todaypress.az,