Trampın dövründə NATO-nun başına nə gələcək?
Dünya
13.01.2025 10:42
“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın prezidentliyi dövründə ölkə NATO-dan çıxmayacaq, əksinə Şimali Atlantika Alyansının güclənməsinə çalışacaq”.
TodayPress “Fox News”a istinadən xəbər verir ki, bu barədə Respublikaçı senator Cim Riş bildirib.
“Düşünmürəm ki, kimsə bizim NATO-dan çıxmağımızı düşünür” Riş bildirib. Eyni zamanda o qeyd edib ki, Vaşinqton müdafiə xərclərini artırmaq üçün müttəfiqlərini cəlb edəcək.
Onun sözlərinə görə, müdafiə üçün daha çox iş görülməlidir və Avropa ölkələri ABŞ-dən nümunə götürməlidirlər, çünki onların buna həqiqətən ehtiyacı var.
Günəş Mərd
tag: NATO ,Tramp, Atlantika, Avropa, todaypress.az,