Trampın avtomobili hərraca çıxarılacaq

Dünya

18.01.2025 13:40

“Rockstar Car Auctions” hərrac evi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa məxsus İtaliya idman avtomobili “Ferrari F430”u satışa çıxaracaq.

TodayPress xəbər verir ki, bu barədə “Carscoops” məlumat yayıb.   

Tender fevralın 16-dan martın 9-dək aparılmalıdır. 

Avtomobil 1 milyon dollar dəyərində qiymətləndirilir. 

Gələcək sahibi idman avtomobili ilə yanaşı, orijinal nəqliyyat vasitəsinin pasportunu, həmçinin Trampın adına zəmanət kartını alacaq. 

Avtomobilin yürüşü 15 min kilometrdir.

Qeyd edək ki, Donald Tramp “Ferrari F430” avtomobilini 2007-ci ildə alıb.


Günəş Mərd

tag: Donald Tramp, Ferrari.,Avtomobil,Hərrac,Dünya, todaypress.az,