Trampın Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi təklifinə cavab verildi
Dünya
17.12.2024 09:49
ABŞ-nin yeni prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) hərbi kontingentinin Ukrayna ərazisində yerləşdirilməsini qəti şəkildə təşviq edəcək.
TodayPress xəbər verir ki, bu barədə senator Konstantin Kosaçev amerikalı siyasətçinin təklifini şərh edərkən bildirib.
Trampın atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün Ukrayna ərazisinə avropalı hərbçilərin göndərilməsi təklifinə parlamentar belə cavab verib. Tramp bu fikri Fransa prezidenti Emmanuel Makron və Volodimir Zelenski ilə söhbətində səsləndirib.
“Trampın mövqeyi məlumdur, bu, onun əvvəlki prezidentliyi dövründə belə idi - ABŞ-nin xərclərinin əhəmiyyətli hissəsini Avropadakı müttəfiqlərinə ötürmək. Və burada mən bir saniyə belə şübhə etmirəm ki, pulun qədrini bilən Tramp, çox sərt şəkildə bu xətti izləyəcək” deyə Kosaçev bildirib.
Onun fikrincə, Avropa İttifaqı və NATO çərçivəsində bu məsələyə fərqli baxışlar ortaya çıxacaq. Rusiyaya müxalif olan Avropa ölkələri öz milli maraqlarına xələl gətirərək Ukraynada qoşun yerləşdirmək təkliflərini dəstəkləyə bilərlər. Onlar bunu öz ölkələrindəki sosial və iqtisadi proqramların ziyanına olmasına baxmayaraq edəcəklər.
Parlamentari hesab edir ki, Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi məsələsi Aİ ölkələrinin öhdəsinə buraxılacaq. Sonradan hər bir dövlət bununla ya ABŞ-yə sədaqət nümayiş etdirəcək, ya da hesab edəcək ki, bunu etmək lazım deyil.
Tramp yanvarda inaqurasiyadan əvvəl Ukraynada sülhə nail olmaq niyyətini açıqlamışdı. O, həmçinin Zelenskiyə müraciət edərək onu Ukrayna münaqişəsinin bitməsinə hazırlaşmağa çağırıb. Amerikalı siyasətçi döyüş meydanında itkilərin dayandırılması üçün sazişin imzalanmasının tərəfdarıdır.
Töhfə Səməd
tag: Avropa, ABŞ ,Ukrayna, Hərbi ,todaypress.az,