Trampın andiçmə mərasimindən öncə kütləvi istefalar başladı
Dünya
24.12.2024 13:08
2024-cü ildə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlaması ərəfəsində rekord sayda - 327 Baş icraçı direktor vəzifəsini tərk edib.
TodayPress xəbər verir ki, bu barədə "Challenger Grey" konsaltinq şirkəti məlumat yayıb.
Bu sahədə yüzlərlə ixtisar xarici mallara idxal rüsumlarının artırılmasını vəd edən respublikaçının qarşıdan gələn andiçmə mərasimi ilə izah olunur. Verilən məlumata görə, əvvəlki rekord (312 işdən çıxarılma) Trampın da Ağ Evdə işlədiyi 2019-cu ildə qeydə alınıb.
Seçkilərdə yenidən qalib gələn Donald Tramp hələ rəsmi olaraq Cozef Baydeni prezident kimi əvəz etməyib, lakin artıq Qrenlandiya və Panama kanalı üzərində nəzarəti qurmaq niyyətini bəyan edib. Həmçinin kanadalılara ABŞ-yə 51-ci ştat olaraq qoşulmağın üstünlükləri barədə məlumat verib. Yeni dövlət başçısı Avropa İttifaqı ölkələrini Amerika neft və qazını almağa başlamadıqları təqdirdə rüsumların tətbiqi ilə hədələyib.
Töhfə Səməd
tag: ABŞ, Prezident ,Tramp ,Andiçmə, todaypress.az,