Trampın andiçmə mərasimi qapalı məkanda keçiriləcək

Dünya

17.01.2025 23:21

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi soyuq hava ilə əlaqədar qapalı şəraitdə keçiriləcək.

 

TodayPress xəbər verir ki, bu məlumatı Ağ Evin gələcək rəhbəri “Truth” hesabında təsdiqləyib.


Tramp əlavə edib ki, onun inauqurasiya günü parad Vaşinqtondakı “Capital One Arena”da keçiriləcək.

tag: Tramp, ABŞ, Ağ Ev, Vaşinqton, todaypress.az,