Trampın “alış-veriş siyahısı”

Dünya

11.01.2025 11:31

Yeni seçilmiş prezident Donald Tramp Qrenlandiyanı, Panama kanalını almaq və Kanadanı ABŞ-nin 51-ci ştatına çevirmək barədə danışarkən, o, Kuba, Şimali Koreya, eləcə də Tayvanı əldə etməyi düşünə bilər. 

TodayPress xəbər verir ki, Trampın potensial “alış-veriş siyahısı”nı Pentaqonun keçmiş əməkdaşı Duqlas Mak Kinnon “The Hill” üçün yazdığı məqalədə  açıqlayıb.

Məqalədə qeyd edilir ki, Tramp biznesmendir və indi onun “biznes sövdələşmələri” bina və otellərə deyil, ölkələrə yönəlib. Mətndə deyilir ki, təkbaşına qlobal biznes imperiyası yaradan adam kimi, Tramp, mütəmadi olaraq “qutu”nun xaricində düşünür və başqalarının gözündən qaçan sualları verir.

Töhfə Səməd

tag: ABŞ ,Tramp, Panama, Potensial ,todaypress.az,