Trampın Ağ Evə qayıtması Şoltsun reputasiyasına təsir edəcək

Dünya

12.01.2025 10:30

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Ağ Evə qayıtması Almaniya kansleri Olaf Şoltsun yenidən seçilmək şansını artıra bilər.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, bu proses həm də Xristian Demokrat İttifaqının lideri Fridrix Merzin seçkilərdə qalib gəlməsinin qarşısını almağa yardımçı ola bilər.

Bildirilib ki, Merzin müşavirləri təlaşla Trampın yanvarın 20-də inauqurasiyasını gözləyirlər.

tag: ABŞ,Prezident,Donald Tramp,Almaniya,Olaf Şolts,todaypress.az,