Trampın 400 min dollardan çox borcu var

Dünya

04.11.2024 15:43

ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyası bəzi şəhərlərdə keçirilən mitinqlərə pul ödəməyib.

TodayPress xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.  

Məqalədə qeyd olunub ki, Tramp son bir neçə ildə mitinqlər keçirdiyi ondan çox şəhər və bələdiyyəyə borcunu ödəməyib. Nəticədə bu dövrdə onun borcu faizlə iki dəfə artaraq 444,9 min dollara çatıb.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edir. 

Günəş Mərd

tag: Tramp, ABŞ, Seçki, Bələdiyyə, Harris, todaypress.az,