Trampı ölümlə hədələyən amerikalı həbs edildi
Dünya
26.01.2025 05:19
ABŞ-nin Florida ştatında polis yerli sakini sosia şəbəkələrdəki
paylaşımlarına görə saxlayıb.
TodayPress bu barədə yerli kanallara isrinadən xəbər verir.
Məlumata
görə, 46 yaşlı Şennon Depararro Atkins ABŞ prezidenti Donald Trampı öldürməklə
hədələyib.
Depararro
həbs edildikdən sonra Atkins yazıları dərc etdiyini etiraf etdi. O, həbs
olunarkən üzərindən kokain aşkarlanıb.
"New York Post" həbs edilən şəxsin həqiqətən belə yazılar paylaşdığını təsdiqləyib. O, Donald Trampın andiçmə mərasimindən bir gün əvvəl yazıb: “Amerikanın özünü xilas etmək üçün yaxşı bir güllə lazımdır”.
Qəzet yazır ki,
Şennon Depararro Atkins şirniyyat mağazasına sahibdir.
tag: Tramp, ABŞ, Sui-qəsd, ÖLüm, Hədə-Qorxu, todaypress.az,