Trampı öldürmək istəyən şəxsin adı açıqlandı
Dünya
14.07.2024 09:25
ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı sui-qəsdə cəhd edən şəxsin kimliyi müəyyən olunub.
TodayPress “New York Post”a istinadən xəbər verir ki, sözügedən şəxs 20 yaşlı Tomas Metyu Kruksdur. Onun Pittsburq şəhərində yaşadığı bildirilir.
Məlumata görə, Kruks Trampın çıxış etdiyi səhnədən 100 metr aralıda yerləşən istehsalat zavodunun damından ona atəş açıb.
O, Məxfi Xidmətin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.
Qeyd edək ki, bundan əvvəl atəş açan şəxsin 20 yaşlı Pensilvaniya sakini olduğu bildirilmişdi.
tag: Tramp, sui-qəsd, ABŞ, Pensilvaniya, prezident,todaypress.az,