Trampı məhkəməyə verən tələbə deportasiya olunacaq
ABŞ prezidenti Donald Tramp administrasiyasını məhkəməyə verən Kornel Universitetinin tələbəsi barəsində deportasiya qərarı verilib.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Belə ki, Böyük Britaniya və Qambiya vətəndaşlığı olan tələbə Momodu Taal Fələstin tərəfdarı olan xarici tələbələrin deportasiyasının qarşısının alınması məqsədilə Tramp administrasiyasını məhkəməyə verib.
Taalın vəkili Erik Lin bildirib ki, əhalini diktatura təhlükəsinə qarşı söz azadlığını müdafiə etməyə, bu hüququ fəal və qətiyyətli şəkildə icra etməyə çağırırıq.
Türkan İsgəndərli
tag: ABŞ,Donald Tramp,Deportasiya,todaypress.az,