Trampdan Ukrayna ilə bağlı daha bir vəd
Dünya
11.09.2024 09:29
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, o, hələ dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl Ukrayna münaqişəsinə son qoyacaq.
TodayPress xəbər verir ki, Tramp bu barədə "ABC News" telekanalında bildirib.
“Ukrayna ilə Rusiya arasındakı müharibəni bitirəcəyəm. Seçkilərdə qalib gəlsəm, bunu prezident kürsüsünə əyləşməzdən əvvəl edəcəm” deyə siyasətçi bildirib.
Günəş Mərd
tag: ABŞ,Tramp, Prezident, Ukrayna ,Seçkilər ,todaypress.az,