Trampdan miqrasiya böhranı ilə bağlı sərt açıqlama

Dünya

06.09.2024 10:26

"Birləşmiş Ştatlar indiki Amerika administrasiyası dövründə daha da pisləşən miqrasiya böhranı ilə üzləşib".

TodayPress "Fox News"a istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp Pensilvaniyada seçicilərlə görüşündə deyib.

“Hazırda bizim əsas problemimiz Baydenin ölkəyə girməyə icazə verdiyi 21 milyon insandır. Onlar ölkəmizi zəhərlədilər. Buraya həbsxanalardan, psixiatriya xəstəxanalarından gəlirlər. Onların arasında terrorçular da var” deyə siyasətçi sərt açıqlama verib.

Trampın sözlərinə görə, bu, ABŞ-nin indiyədək üzləşdiyi ən çətin problemdir.

Xatırladaq ki, avqustun sonunda Texas Federal Məhkəməsi ABŞ prezidenti Cozef Baydenin ölkədə qeyri-qanuni miqrantların leqallaşdırılması proqramının qəbulunu dayandırıb.

Günəş Mərd

tag: ABŞ, Amerika,Cozef Bayden,Donald Tramp,todaypress.az,