Trampdan iddialı açıqlama: “Münaqişəni 24 saatda həll edərəm”
Dünya
02.07.2024 14:02
Donald Tramp bildirib ki, əgər yenidən prezident seçilərsə, Rusiya-Ukrayna müharibəsini bir gündə həll edə bilər.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-nin sabiq prezidentinin iddialarına cavab verib. Onun fikrini absurd adlandıran Nebenzya, əlavə edib ki, “Trampın buna gücü çatmaz”. Rusiya diplomatının sözlərinə görə, Ukrayna böhranı 24 saatda həll oluna biləcək məsələ deyil.
Töhfə Səmədova
tag: Tramp, Münaqişə, Rusiya, BMT, ABŞ, todaypress.az,