“Trampa qarşı yenə sui-qəsd cəhdləri ola bilər”

Dünya

17.07.2024 11:19

“ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı növbəti həftələrdə yenə sui-qəsd cəhdləri ola bilər”.

TodayPress xəbər verir ki, bu barədə “Politico” yüksək rütbəli amerikalı məmurlara istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, ABŞ administrasiyası müxtəlif mənbələrdən Tehrandan Trampa qarşı təhdidlərin gəldiyi barədə məlumat alıb.

Xatırladaq ki, İran ABŞ-nin keçmiş prezidenti Donald Trampa edilən sui-qəsd cəhdi ilə bağlı ittihamları ötən gün rədd edib.

Töhfə Səməd

tag: ABŞ, Tramp, İran, Tehran, Sui-Qəsd, todaypress.az,