“Trampa qarşı sui-qəsd onun kampaniyasına kömək etdi”

Dünya

16.09.2024 16:37

Amerikalı politoloq Malek Dudakov hesab edir ki, ABŞ-nin 45-ci prezidenti Donald Trampın həyatına qarşı ikinci sui-qəsd cəhdi, birincisi kimi, ona vitse-prezident Kamala Harrisdən önə keçməyə kömək edəcək. 

TodayPress xəbər verir ki, “Lenta.ru” ilə söhbətində o, Trampın prezidentlik yarışındakı reytinqini qiymətləndirib.

Politoloqun sözlərinə görə, Trampın həyatına qarşı ikinci cəhd onun üçün yaxşı məqamda baş verib: 

“Tramp Kamala Harrislə uğursuz debat keçirdi və bu debatdan sonra Harrisin reytinqləri artdı. Etiraf edirəm ki, bu hadisədən sonra hamı debatları unudub, ABŞ-də siyasi zorakılığın artması və Trampın düşmənlərinin onu qeyri-qanuni yollarla prezidentlik yarışından kənarlaşdırmaq cəhdlərini müzakirə edəcək” deyə o, qeyd edib. 

Amerikalı şərhçi hesab edir ki, indi diqqət yenidən Trampa yönəlib. ABŞ-nin 45-ci prezidenrti amerikalılara göstərəcək ki, o, seçkilərdə qalib gəlməsini istəməyən siyasi sistemin qurbanı olub. 

Töhfə Səməd

tag: Tramp, Seçki, Qalib, Namizəd, ABŞ, Harris ,todaypress.az,