Trampa atəş açan şəxsin maşınından bomba tapıldı
Dünya
15.07.2024 11:13
ABŞ hüquq-mühafizə orqanları Ağ Evin keçmiş rəhbəri Donald Trampa atəş açan Tomas Metyu Kruksun avtomobilində partlayıcı qurğu aşkarlayıblar.
TodayPress xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.
Federal Təhqiqat Bürosunun (FBI) apardığı araşdırmalara əsasən, sui-qəsdçinin evində daha bir şübhəli cihaz tapılıb. Bundan başqa, mənzildən bomba hazırlamaq üçün istifadə olunan məmulatlar da aşkar edilib.
Qeyd edək ki, Trampa qarşı sui-qəsd hadisəsi Batler şəhərində seçicilərlə keçirlən görüş zamanı baş verib. Çıxışı başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açılıb. Tomas Metyu Kruks Trampın çıxış etdiyi səhnədən 100 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb. Kruks Məxfi Xidmətin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə “AR-15” tüfəngi aşkarlanıb.
Töhfə Səməd
tag: Tramp, Atəş, Sui-Qəsd,Batler, Tomas Metyu Kruks,todaypress.az,