Tramp Zukerberqlə görüşdü

Dünya

11.01.2025 16:20

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Meta” Korporasiyasının baş direktoru Mark Zukerberqlə görüşüb. 

TodayPress xəbər verir ki, bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, görüş yanvarın 10-da Trampın Mar-a-Laqo (Florida) iqamətgahında baş tutub. Söhbətin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Trampın ən böyük dəstəkçisi və tərəfdarı olan amerikalı milyarder İlon Maskla Mark Zukerberq arasında ciddi qarşıdurma var. Mask “Meta”nın baş direktorunu bir neçə dəfə rinqə dəvət edib. 

Töhfə Səməd

tag: Tramp, Zukerberq, Görüş ,ABŞ, todaypress.az,