Tramp Zukerberqi həbslə hədələdi
“Meta”nın və “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq ABŞ-nin prezident seçkilərinə müdaxilə etmək qərarına gələrsə, ömrünün qalan hissəsini həbsxanada keçirəcək”.
TodayPress “Politico”ya istinadən bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib.
Siyasətçi sentyabrın 3-də nəşr olunacaq “Amerikanı xilas et” kitabında yazıb ki, “Meta” rəhbəri 2020-ci il seçkiləri zamanı ona qarşı sui-qəsd hazırlayıb və yenidən bunu etsə, həyatının qalan hissəsini həbsdə keçirəcək.
Qeyd edək ki, bundan əvvəl Zukerberq prezident seçkilərində Trampı və ABŞ prezidenti Cozef Baydeni dəstəkləməyəcəyini bildirmişdi.
Günəş Mərd
tag: ABŞ, Bayden, Zukerberq, Prezident, Seçki, Tramp,todaypress.az,