Tramp Zelenskinin Rusiya ilə razılaşmaya hazır olduğunu bildirdi

Dünya

21.01.2025 09:32

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin həlli üçün saziş bağlamağa hazırdır. 

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp bildirib. 

Siyasətçinin sözlərinə görə, o, münaqişəyə son qoymağın mümkün vaxt çərçivəsini yalnız Rusiya prezidenti Vladimir Putinlə çox yaxında baş tuta biləcək söhbətdən sonra anlayacaq. 

Qeyd edək ki, Respublikaçının ABŞ-nin 47-ci prezidenti kimi andiçmə mərasimi yanvarın 20-də  baş tutub.   

Günəş Mərd

tag: Rusiya,Amerika,Ukrayna,Tramp,Zelenski,Todaypress.az,