Tramp Zelenski ilə telefon danışığı aparacaq
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırdığını bildirib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Tramp çıxışında Vaşinqtonun Kiyev ilə nadir torpaq elementləri üzrə razılaşma imzaladığını və bu müqavilənin Ukrayna parlamenti tərəfindən tam şəkildə ratifikasiya edildiyini xatırladıb. ABŞ lideri əlavə edib ki, amerikalı tərəfdaşlar bu addımı yüksək qiymətləndirir və qarşıdakı günlərdə Zelenski ilə birbaşa təmas qurulması nəzərdə tutulur.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Zelenski,Tramp,todaypress.az,