Tramp Zelenski ilə görüşdə münaqişəni həll edəcəyinə söz verdi
Dünya
28.09.2024 01:44
ABŞ prezidentliyinə namizəd Donald Tramp Nyu-Yorkda
Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə seçkidə qalib gəlsə, Ukraynadakı
münaqişəni həll edəcəyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə Amerika televiziya kanalı məlumat yayıb.
“Bizim Zelenski ilə yaxşı münasibətlərimiz var və mənim Rusiya prezidenti Putinlə də yaxşı münasibətlərim var hər iki tərəfə uyğun bir həll yolu tapmaq lazımdır” o vurğulayıb.
Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Trampın Demokratik rəqibi vitse-prezident Kamala Harrisdir. Tramp dəfələrlə demokratları Ukrayna münaqişəsini həll edə bilməməkdə ittiham edib.
Aynur TAC
tag: Zelenski, Putin, Rusiya, Ukrayna, ABŞ, Prezident, todaypress.az,