Tramp-Zelenski görüşünün təfərrüatları açıqlandı
Dünya
08.12.2024 10:53
Parisdə Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vololdimir Zelenski ilə üçtərəfli görüş keçirib.
TodayPress xəbər verir ki, “Axios”un məlumatına görə, görüşdə Ukraynadakı müharibəni və ona son qoymağın yollarını müzakirə edilib.
Bu, prezident seçkilərində qələbəsindən sonra Trampın Zelenski ilə ilk dəfə görüşüdür.
Mənbələrdən biri bildirib ki, Tramp əvvəlcə görüşü keçirməkdən çəkinsədə. lakin sonda razılaşıb.
Görüş 45 dəqiqə davam edib. Zelenski görüşün məhsuldar olduğunu bildirib və əlavə edib ki, onlar Ukraynadakı vəziyyəti və ədalətli sülhü müzakirə ediblər.
Eyni zamamda birlikdə işləməyə və əlaqə saxlamağa razılaşıblar.
Günəş Mərd
tag: Zelenski,Tramp,Makron,Ukrayna,Sülh,Todaypress.az,