Tramp yardım proqramlarını dayandırdı

Dünya

21.01.2025 10:36

ABŞ prezidenti Donald Tramp ölkənin digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə müvəqqəti dayandırılması haqqında fərman imzalayıb.  

TodayPress xəbər verir ki, bu barədə “AP” agentliyi məlumat yayıb. 

Yardımın yeni administrasiyanın siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün yoxlama aparılacaq.   

Agentlik qeyd edib ki, Ukraynaya dəstək kimi xüsusi hallar istisna olmaqla, ABŞ-nin xarici yardımı ,ümumiyyətlə, büdcənin 1 %-dən çox olmayıb.   

Dövlət Departamentindən daha öncə bildirilmişdi ki, müharibə başlayandan Kiyevə hərbi yardım üçün təxminən 66 milyard dollar, 2014-cü ildən isə təxminən 70 milyard dollar ayrılıb.  

Nicat Osman

tag: Ukrayna,ABŞ,Yardım,Müharibə,Todaypress.az,