Tramp yalnız iki cinsi tanıyan siyasət yürüdəcək

Dünya

23.12.2024 18:18

ABŞ-də prezident seçkilərində qalib gələn Donald Tramp bəyan edib ki,  ona görə ölkədə yalnız iki cinsin - kişi və qadının tanınması nəzərdə tutulur.

TodayPress xəbər verir ki, o, bu barədə Arizona ştatında çıxışı zamanı deyib.

"Tramp administrasiyası dövründə yalnız iki cinsin - kişi və qadının olması Birləşmiş Ştatların rəsmi siyasəti olacaq. Bu, mürəkkəb səslənmir, elə deyilmi?" Tramp qeyd edib. 

Konfrans iştirakçıları gələcək prezidentin sözlərini alqışlarla qarşılayıblar.

Xatırladaq ki, daha əvvəl “Times” qəzeti yamışdı ki, Tramp bütün transseksual hərbçilərin işdən çıxarılmasına səbəb olacaq fərman imzalanmağı planlaşdırır.  Nəticədə 15 minə yaxın adam hərbi xidməti tərk edə bilər. 

Günəş Mərd

tag: ABŞ ,Prezident ,Tramp ,Arizona ,todaypress.az,