Tramp Viskonsin ştatını zibil maşını ilə gəzdi

Dünya

31.10.2024 05:24

ABŞ prezidenti Cozef Bayden Donald Trampın tərəfdarlarını zibillə müqayisə etdikdən sonra Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp zibil maşını ilə Viskonsin ştatından keçib.

 

TodayPress xəbər verir ki, bununla bağlı video çərşənbə günü Trampın seçki kampaniyasının “X” səhifəsində yerləşdirilib.

 

"Mənim zibil maşınım haqqında nə düşünürsünüz? Bu, ABŞ-ın vitse-prezidenti Kamala Harris və Co Baydenin şərəfinə olan yük maşınıdır" deyə o bildirib.

 

Qeyd edək ki, oktyabrın 29-da Bayden ABŞ-da gördüyü yeganə üzən zibilin Trump tərəfdarları olduğunu deyib.


Tramp tərəfdarları Baydenin onlara qarşı təhqirlərini iyrənc adlandırıblar. Onların fikrincə, Bayden ABŞ əhalisinin yarısını zibil adlandırıb.

tag: ABŞ, Tramp, Bayden, Zibil Maşını, Seçki, todaypress.az,