Tramp vəzifədə olduğu 9 gündə rekord sayda icra sərəncamı imzaladı
Dünya
29.01.2025 19:00
ABŞ prezidenti Donald Tramp dövlət başçısı kimi cəmi 9 gün ərzində rekord sayda - 38 icra sərəncamı imzalayıb.
TodayPress xəbər verir k, bu barədə "Axios" portalı məlumat yayıb.
Nəşr qeyd edib ki, tarixdə heç bir Amerika lideri bunu etməyib.
Portala görə, Tramp prezidentin səlahiyyətlərini genişləndirmək üçün ABŞ administrasiyasının işini yenidən qurur.
"Axios" xatırladıb ki, keçmiş Amerika prezidentlərindən yalnız Cozef Bayden və Harri Truman Ağ Evdə olduqları ilk 100 gündə 40-dan çox icra əmri veriblər.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,Sərəncam,Cozef Bayden,todaypress.az,