Tramp və Si Cinpin 48 saat ərzində danışacaq
Dünya
04.02.2025 10:28
ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin yaxın iki gün ərzində telefon danışığı aparacaq.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.
Onun sözlərinə görə, tərəflər digər məsələlərlə yanaşı, ABŞ-yə fentanilin qanunsuz tədarükü məsələsini də müzakirə edəcəklər.
Qeyd edək ki, yanvarın 31-də ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və çinli həmkarı Si Cinpin ilə təmaslarını şərh etməkdən imtina edərək, hər iki liderlə yaxşı yola getdiyini demişdi.
Nicat Osman
tag: Çin,ABŞ,Tramp,Telefon,Todaypress.az,