Tramp və Putin arasında Yaxın Şərqlə bağlı təmaslar gözlənilir
Dünya
20.11.2024 11:30
İsrailin keçmiş Baş naziri Ehud Barak ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Yaxın Şərq, İran və Ukrayna mövzularında təmaslara başlaya biləcəyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Politico” yazıb.
“ABŞ İrana qarşı sərt mövqedə olsa da, yeni administrasiyanın təcridçilik əhval-ruhiyyəsi onu daha geniş sövdələşməni nəzərdən keçirməyə məcbur edəcək” Barak deyib.
Sabiq baş nazirin sözlərinə görə, buna nail olmaq üçün Tramp Rusiya lideri ilə Yaxın Şərq, Ukrayna və İranla bağlı danışıqlara başlaya bilər.
Xüsusilə ABŞ-nin yeni prezidenti Putindən Tehrandan Səudiyyə Ərəbistanı, bir sıra digər əmirliklər və İsrailə qarşı fəaliyyətlərini dayandırmağı və onlarla bağlı yeni yanaşmanı ortaya qoymağı istəyə bilər.
Barak həmçinin etiraf edib ki, Trampın razılaşmasına İranla beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən yeni nüvə sazişi daxil ola bilər.
Günəş Mərd
tag: ABŞ,İran,Yaxın Şərq,Tramp,Putin,todaypress.az,