Tramp və Mask “İlin adamı” ola bilərlər
Dünya
09.12.2024 19:45
“Time” jurnalı “İlin adamı” adına namizədlərin adını açıqlayıb.
TodayPress xəbər verir ki, siyahıya ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp, Kamala Harris, amerikalı milyarder İlon Mask və "Meta" korporasiyasının yaradıcısı Mark Zukerberq daxil olub.
Namizədlər arasında İsrailin baş naziri Binyamin Netanyahu, Britaniya şahzadəsi Keyt Middlton və digər məşhur simalar da var.
Bildirilir ki, bu titulun qalibi dekabrın 12-də məlum olacaq.
2023-cü ildə nəşr məşhur müğənni Taylor Svifti "İlin Adam"ı seçib. Sənətçinin milyard dollardan artıq biznes qurduğu vurğulanıb.
Töhfə Səməd
tag: Time,İlin adamı,Tramp,Harris,Mask,Meta,todaypress.az,