Tramp və Harrisin üz-üzə gələcəyi yer və məkan dəqiqləşdi

Dünya

03.08.2024 10:36

ABŞ-nin keçmiş prezidenti Donald Tramp sentyabrın 4-də ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə debat keçirmək üçün Amerikanın “Fox News” telekanalı ilə razılığa gəlib.

TodayPress xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki  məlumat verib.

“Mən “Fox News” ilə razılaşdım ki, sentyabrın 4-də Kamala Harrislə debat keçirək” deyə respublikaçı namizəd vurğulayıb. 

Qeyd edək ki, Tramp və Harris bir neçə həftədir ki, debat üçün tarix və kanal barədə razılığa gələ bilmirdilər. 

Günəş Mərd

tag: ABŞ, Tramp, Harris, Demokratlar, Amerika, todaypress.az,