Tramp və Bayden Ağ Evdə görüşdü
Dünya
13.11.2024 21:26
ABŞ-nin 46-cı və 47-ci prezidentləri Co
Bayden və Donald Tramp Ağ Evdə bir araya gəlib.
TodayPress xəbər verir ki, bu haqda
“The Guardian” nəşri məlumat yayıb.
Bilidirilib
ki, liderlər görüş zamanı hakimiyyətin dinc yolla ötürülməsi ilə bağlı razılığa
gəliblər.
“Danışdığımız kimi, dinc keçidi səbirsizliklə gözləyirik. Yerləşdiyinizə əmin olmaq üçün əlimizdən gələni edəcəyik və bu gün bəziləri haqqında danışmaq şansımız olacaq. Xoş gəldiniz” Bayden yeni prezidenti salamlayıb.
“Çox
sağ olun. Siyasət sərtdir və bir çox hallarda gözəl deyil, amma dünya bu gün
gözəldir” Tramp sələfinə cavab verib.
tag: Tramp, Bayden, Ağ Ev, Görüş, ABŞ, Prezident, todaypress.az,