Tramp və Almaniya Kansleri Ukrayna ilə Rusiya arasında sülh perspektivini müzakirə etdi
Dünya
20.12.2024 04:56
ABŞ-da prezident seçkilərində qalib gələn
Donald Trampla Almaniya Kansleri Olaf Şolts Ukrayna ilə Rusiya arasında davam
edən müharibəni müzakirə ediblər.
TodayPress TASS-a istinadən xəbər verir ki, bu
barədə Almaniya hökumətindən bildirilib.
Qeyd olunub ki, onlar savaşın çox uzun çəkdiyini
bildiriblər.
Liderlərin fikrincə, sülhə gedən yolu tapmağın vaxtıdır.
Şolts Trampa Berlinin Ukraynaya mümkün olduğu qədər yardım göstərəcəyini deyib.
Xatırladaq ki, Şərqi Avropada genişmiqyaslı müharibə
2022-ci il fevralın 24-də başlayıb.
tag: ABŞ, Tramp, Almaniya, Olaf Şolts, Liqa, todaypress.az,